İmişlidə “Microsoft Teams” tətbiqi üzərindən onlayn Pedaqoji Şuranın iclası keçirilib - Nələr müzakirə olunub? + FOTOLAR
07-12-2020 [13:44]
Bu gün İmişli rayonunun R. Məmmədov adına Əliqulular kənd tam orta məktəbinin “Microsoft Teams” tətbiqi üzərindən onlayn Pedaqoji Şura iclası keçirilib.
Məktəbin direktoru Səxavət Tağıyevin sədrliyi ilə keçirilən onlayn şura iclasında iki məsələ müzakirə edilib:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” qərarından irəli gələn vəzifələr (Məktəbin direktoru S.Tağıyev).
2. Məktəbdə distant (məsafədən) tədrisin təşkili vəziyyəti və qarşıda duran vəzifələr (Direktoru müavini A.İmranov).
Birinci məsələ barədə məktəbin direktoru S.Tağıyev geniş arayış verib.
F-512 nömrəli əmr maddə-maddə oxunulub, mahiyyəti və qarşıda duran vəzifələr kollektivə çatdırılıb.
II Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığı, Ali Baş Komandanımızın mübariz iradəsi, xalq, ordu və hakimiyyət birliyinin sistemli şəkildə öyrədilməsi yollarından danışıldı. Qərarın mütəmadi icrası üçün 12 maddədən ibarət hazırlanmış tədbirlər planı müzakirədən sonra məktəbdə fəaliyyət üçün qəbul olundu. Həmin tədbirlər planında Şəhidlərimiz, sağlamlığını itirmiş qazilər haqqında materialların toplanılması, zəfərə gedən yolun dərindən öyrənilməsi də mükəmməl Vətən sevgisi aşılamağa yönəlmişdir. Qarabağın azadlığını əks etdirən inşa, rəsm müsabiqələri, ədəbi-bədii kompazisiyalar, disbut və gecələrin keçirilməsi də tədbirlər planında öz əksini tapırdı.
İkici məsələ “Məktəbdə distant (məsafədən) tədrisin təşkili vəziyyəti və qarşıda duran fəzifələr” barədə direktor müavinin A.İmranov arayış verdi. Göstərildi ki, 2020-2021-ci tədris ilində məktəbin fəaliyyəti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin 29.08.2020-ci il tarixli 312 nömrəli əmri və buna müvafiq olaraq “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil Nazirliyinin 10.09.2020-ci il tarixli F-420 saylı əmrinin tələbləri səviyyəsində təşkil olunmuşdur. Atamoğlan müəllim qeyd etdi ki, şagirdlərin hamısı “Virtual Məktəb”də qeydiyyatdan keçib, onlayn dərslərə qoşulurlar. İnternet zəifliyi və digər problemlər səbəbindən onlayn dərslərə qoşula bilməyən şagirdlərin valideynləri ilə söhbətlər aparıldığı, problemin aradan qaldırılması yolları da arayışda öz əksini tapdı. Distant dərslərini nümunəvi quran müəllimlərin – Asim Hüseynli, Taleh Cavadov, Elşən Zamanov, Könül Əmirova, Çiçək Dadaşlı, Nübar Sadıqova, İradə Süleymanova, Əlizamin Əliyev, Afaq Hacıyeva və Şəbnəm Əlizadənin əməyi xüsusi qeyd olunub. Nöqsan və çatışmazlıqlar, onun aradan qaldırılması yolları barədə təkliflər hazırlanıb, icrasına nəzarət üçün təşkilat komitəsi yaradılıb.
Onlayn Pedaqoji Şurada İmişli rayon TŞ-nın aparıcı məsləhətçisi Atakişi Məhərrəmli iştirak etdi və təkliflərini bildirib.
Asim Hüseynli,
Gənc pedaqoq
“Azəriqaz”ın əməkdaşı döyülüb? - AÇIQLAMA
"Sən mənim haqqımda əxlaqsız söz deyirsənsə, deməli..." - Aparıcı Akif Nağıya elə mesajlar verdi ki...
15 min maaş alan müavin 19500 manat maaşı olan sədrindən danışmaqdan yayındı: "Heç belə bir məsələni soruşarlar?" - "Sualı Vəliyə, Turala verin"
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
Xamenei: "ABŞ-ın hücumu tammiqyaslı regional münaqişəyə çevriləcək"
Sayğacda göstərici başqa, borc başqa... - Sakinə 495 manat artıq qazpulu yüklənib + VİDEO
Ağsuda ağır yol qəzası: dörd nəfər xəsarət alıb
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (VİDEO, FOTO) - Yenilənib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi: "Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib