Karantin qaydalarını pozan obyektin fəaliyyəti dayandırılıb - FOTO

img

07-12-2020 [12:37]


Qubada karantin qaydalarını pozan obyektin fəaliyyəti dayandırılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejim qaydalarına əməl olunması ciddi nəzarət edilir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman qaydaları pozaraq fəaliyyət göstərən telefon satışı və təmiri mərkəzi aşkarlayıblar.

Həmin obyektin fəaliyyəti dərhal dayandırılıb, orada çalışan altı işçi barədə inzibati qaydada tədbirlər görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA