Tramp Baydenin andiçmə mərasimində iştirak etməyəcək

img

07-12-2020 [10:36]


ABŞ-ın hazırkı Prezidenti Donald Tramp xələfi Cozef Baydenin andiçmə mərasimində iştirak etməyəcək.

Məlumata görə, D.Tramp yanvarın 20-də Ağ evi tərk edib Florida ştatına yollanacaq və orada tərəfdarlarının keçirdiyi mitinqdə çıxış edəcək.

Məlumata görə, D.Tramp çıxışında 4 il sonra prezident seçkilərində iştirak edəcəyini açıqlayacaq/Report.

Xatırladaq ki, C.Bayden D.Trampı inauqurasiya mərasimində gözlədiyini bildirib.

Qeyd edək ki, prezident seçkilərində Demokratlar Partiyasının namizədi C.Bayden qalib gəlib. Yeni dövlət başçısının inauqurasiyası 2021-ci ilin 20 yanvarında olacaq. Birləşmiş Ştatların hazırkı prezidenti D.Tramp 3 noyabr seçkilərindəki məğlubiyyətlərini tanımır. Respublikaçıların namizədi bir sıra ştatların seçkilərinin nəticələrinə etiraz edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA