İlham Əliyev Litvaya gedib

img

28-11-2013 [16:44]


Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasına işgüzar səfərə gedib.  Azərbaycanın  dövlət başçısını Vilnüs Beynəlxalq Aeroportunda Litvanın rəsmi şəxsləri qarşılayıblar.

Noyabrın 28-29-da Vilnüsdə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət başçılarının görüşü keçirilir. 
Vilnüs görüşündə Aİ üzvü olan 29 ölkənin rəhbərləri, habelə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın hökumət başçıları və nazirlər iştirak edirlər. İkigünlük görüşdə 34 ölkənin hökumət başçıları və nazirlər Şərq tərəfdaşlığı proqramının inkişaf etdirilməsi problemlərini müzakirə edəcək, onun gələcəyini planlaşdıracaqlar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA