Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

img

07-12-2020 [00:02]


Qoç -  münasibətlər, maliyyə məsələləri və borc problemləri ön plana çıxır. Bəzi qərarları yeniləri ilə əvəzləmək zamanıdır. İki bənzər variant arasında seçim etmək asan deyil. Həyatınızda yeniliklər və dəyişikliklər dövrüdür. Lakin onlar asan olmayacaqlar.

Buğa - münasibətlərdəki durum sizi əvvəlki dövlərdəki kimi qane etmir. Sizsiz də problemli yönlərini nümayiş etdirən məsələləri daha da ağırlaşdırmayın.

Əkizlər -  münasibətlərdə harmoniya yaradın. Situativ marağı uzunmüddətli proqrama döndərə bilərsiniz. Səhhətinizə fikir verin.

Xərçəng - hadisələr indi aktiv formalaşma mərhələsindədir. Laqeyd seyrçi mövqe tutmayın, konkret nəticələrdən asılı duruma düşməyin. İşdə dəqiq olun, təlimatlara və intizama riayət edin.

Şir - situasiya cari planları dəyişə bilər. Dəyişikliklərin arxasında sizə optimal olan perspektivləri görsəniz, təhlükəsizlik hissi bərpa olunacaq.

Qız - şəxsi münasibətlərdə güzəştə getməyi bacarın. Səmimi və qayğıkeş olun. Hisslərdə gərginlik varsa, uzun-uzadı müzakirələrə can atmayın.

Tərəzi -  diqqətinizi ən mühüm məsələyə yönəldərək fəallıq sahəsini məhdudlaşdırın. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Tərəfdaşlar fəaliyyət müstəvisini genişləndirmək istəyirlər.

Əqrəb - işlərin əsas hissəsinin onlar tərəfindən yerinə yetirilməsinə mane olmayın. Günün ikinci yarısında qəfil hadisə və ya gözlənilməz xəbərə dürüst reaksiya verin. Seçiminiz ani, dəqiq olsun.

Oxatan - çox çalışmaq sizdə ifrat yorğunluq hissi yarada bilər. Yaşam arealı ilə yanaşı, fikirlərinizdə nizam yaradın. Axşam saatları yeni mövzu impuls səviyyəsində təkan verə bilər. Süni təkana əl atmayın. Fiziki iş üçün yaxşı zamandır.

Oğlaq - ən zəif müqavimət yolunu seçin və hadisələrin müstəqil inkişaf etməsinə mane olmayın. Yaşam sizdən aktiv və sürətli qərarlar tələb edir. Yaşananlara ciddi yanaşın.

Dolça - borc vermək və ya borc almaq məsləhət deyil. Üstün olduğunuzu hiss etdiyiniz sahələrdə təkmilləşməyə çalışın.

Balıqlar - uzaqdan xoş xəbərlər alacaqsınız.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA