ABŞ-da koronavirusdan yarım milyondan çox insan ölə bilər

img

06-12-2020 [09:43]


Amerika alimləri güman edirlər ki, ABŞ-da kütləvi vaksinləməyə baxmayaraq, koronavirusdan yarım milyondan çox insan ölə bilər.

Bu barədə Vaşinqton Universitetinin Tibb Məktəbi yanında Sağlamlığı Ölçmə və Qiymətləndirmə İnstitutunun (IHME) hesabatında bildirilir.

Sənəddə qeyd edilir ki, ölkədə COVID-19 qurbanlarının sayı 2021-ci ilin 1 aprelinə qədər 539 min nəfərə qədər arta bilər. Bu halda alimlər hesab edirlər ki, gündəlik ölümlərin pik həddi 3 minə çatacaq. Qeyd edilir ki, ən yüksək ölüm göstəricisi növbəti il yanvarın ortaları və sonunda olacaq.

Cons Xopkins Universitetinin son məlumatına görə, ABŞ-da epidemiyanın başlanğıcından COVID-19-a 14,5 milyondan çox yoluxma aşkarlanıb, 280 mindən çox pasiyent koronavirusun qurbanı olub/Reporty.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA