Gəncədə aktiv COVIID-19 xəstəsi barədə tədbir görülüb

img

03-12-2020 [15:38]


Gəncə şəhərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən ictimai yerdə aktiv COVIID-19 xəstəsi olan 24 yaşlı Ayşən Səmədzadə aşkarlanaraq müalicə təyin edildiyi ünvana yerləşdirilib.

Onun barəsində Gəncə ŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR