Gürcüstanda epidemioloji vəziyyət gərginləşir: ikiaylıq intensiv test planı elan edilib

img

03-12-2020 [11:47]


Gürcüstanda epidemioloji vəziyyətin stabilləşdirilməsi məqsədi ilə ikiaylıq intensiv test planı elan edilib.

Bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, plan çərçivəsində gündəlik analizlərin sayı 20 minə çatdırılacaq. O bildirib ki, intensiv test cədvəli paralel prosesdir və infeksiya mənbələrinin sürətli müəyyənləşdirilməsinə xidmət edəcək.

Baş nazir qeyd edib ki, ikiaylıq planın məqsədi tətbiq edilən məhdudiyyətlərin effektivliyini artırmaqdır.

Qeyd edək ki, Gürcüstan hökuməti ölkədə noyabrın 28-dən yanvarın 31-dək sərt karantin rejiminin tətbiqi barədə qərar qəbul edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA