Kəlbəcərə komendant təyin edilib, polis şöbəsi şəhərin mərkəzində yerləşdirilib

img

02-12-2020 [11:31]


"Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir".

Bunu Milli Məclisə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilmiş Aqil Məmmədov deyib.

O bildirib ki, bu gün səhər saatlarından etibarən Kəlbəcər rayon Polis Şöbəsi işğaldan azad edilmiş Kəlbəcər şəhərinin mərkəzinə yerləşdirilib: “Daxili işlər nazirinin müvafiq əmri ilə Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenant Haqverdi Əkbərov komendant təyin edilib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA