Lavrov: “Putinin dediyi kimi, bütün bunları sakitcə təhlil edirik”

img

01-12-2020 [11:18]


Rusiya ABŞ-ın gələcək administrasiyası ilə qarşılıqlı hörmət  prinsipi əsasında işləyəcək.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində deyib.

“Rəsmi nəticələr açıqlanmazdan əvvəl ABŞ seçkilərinin beynəlxalq münasibətlər üçün nəticələrini müzakirə etmək tezdir. Bu, bizim prinsipial mövqeyimizdir. Əlbəttə ki, Atlantikanın o tərəfində  baş verənləri diqqətlə izləyirik və hadisələrin hər cür gedişatına hazırıq. Lakin bununla belə, proqnoz vermək və xüsusilə də hazırkı mərhələdə bunu etmək çox da yaxşı fikir deyil”, - deyə Rusiya XİN başçısı deyib. 

Lavrov bildirib ki C. Baydenin açıqlamalarına əsasən onun qalib gələcəyi təqdirdə ABŞ-ın xarici siyasətinin Barak Obamanın zamanında təbliğ etdiyi kanonlara daha çox uyğun gələcəyini düşünmək olar: “Prezident Vladimir Putinin dediyi kimi, bütün bunları sakitcə təhlil edirik, Amerika xalqının istənilən qərarını qəbul edəcəyik və istənilən administrasiya ilə işləyəcəyik.Əlbəttə ki, bu yalnız dürüstlük, qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipləri əsasında olacaq”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA