İranın nüvə alimi necə öldürüldü? - Təhlükəsizlik Şurasının katibindən açıqlama

img

30-11-2020 [16:56]


İranın nüvə alimi Möhsün Fəxrizadəyə sui-qəsd uzaqdan xüsusi texnologiya ilə həyata keçirilib, yəni qətl yerində heç bir cinayətkar olmayıb.

Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani iranlı alimin dəfn mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

Ə.Şəmxani əlavə edib ki, buna baxmayaraq, sui-qəsd planları ilə əlaqədar bir sıra ipucuları var.

İranlı rəsmi hadisədə “Xalq Mücahidləri” qruplaşmasının əlinin olduğunu bildirib.

Qeyd edək ki, 27 noyabrda İranın Tehran vilayətinin Absərd şəhərində İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Mərkəzinin direktoru, nüvə alimi Möhsün Fəxrizadəyə sui-qəsd olunub. Sui-qəsd nəticəsində ağır yaralanan iranlı alim xəstəxanada ölüb/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA