Baydenin ayağı sınıb

img

30-11-2020 [09:27]


ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkilərində öz qələbəsini elan etmiş Demokratlar Partiyasının namizədi Co Baydenə tomoqrafiyadan sonra ayaq sümüklərinin sınıqları diaqnozu qoyulub.

"RİA “Novosti” xəbər verir ki, bu barədə ona yaxın jurnalistlər bildirib.

"Kompüter tomoqrafiyası yan və orta sümüklərin sapaoxşar sınıqlarını təsdiq etdi", - müxbirlər həkimdən sitat gətirib.

Xəbərdə vurğulanır ki, Baydenin bir neçə həftə ərzində xüsusi çəkmədə gəzməyə məcbur olacaq.

Qeyd edək ki, Co Bayden iti “Meyjer”lə oynayan zaman sürüşüb və topuğu burxulub. Bayden avtomobil kortecinin müşayiəti və jurnalistlərlə həkim-ortopedə gedib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA