Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır

img

28-11-2020 [11:04]


Bakıda körpə uşağını öldürmək istəyən Emil Kaziyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadixovun sədrliyi ilə baxılacaq.

Hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, hadisə avqustun 5-də baş verib. Səbail rayonu ərazisində Emil Kazıyev 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarəti yetirib. Daha sonra öz bədəninin müxtəlif nahiyələrinə də xəsarətlər yetirib. Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Kaziyevə Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham verilib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı