AZƏRBAYCANDA BƏZİ MƏHKƏMƏ PROSESLƏRİ TƏXİRƏ SALINDI - Ali Məhkəmədən qərar + Detallar
27-11-2020 [17:01]
Ali Məhkəmənin sədri Ramiz Rzayev xüsusi karantin rejimində məhkəmələrin fəaliyyəti ilə bağlı qərar verib.
Mia.az-a daxil olan qərarda deyilir:
“Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 noyabr tarixli 450 nömrəli Qərarını nəzərə alaraq hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Respublikasının məhkəmələrinə aşağıdakılar tövsiyə edilsin:
Azərbaycan Respublikasının məhkəmələri üzrə 2020-ci il 2 dekabr saat 06:00-dan 23 dekabr saat 06:00-dək aşağıdakı təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın:
- Mülki və kommersiya mübahisələri üzrə - ailə-nikah münasibətlərindən (nikahın pozulması, aliment, uşaqla ünsiyyət, əmlak bölgüsü və digər), əmək münasibətlərindən irəli gələn və xüsusi icraat qaydasında baxılan mülki işlərə, tərəflərin sayı 2-dən artıq olmayan kommersiya mübahisələrinə, əmr icraatına, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata, habelə bütün kateqoriya işlər üzrə iddianın təmin tədbirləri ilə bağlı məsələlərə. Digər kateqoriya mülki və kommersiya mübahisələri üzrə isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin;
- Cinayət işləri üzrə - Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına, xüsusi ittiham qaydasında şikayət üzrə materiallara; tibbi xarakterli məcburi təbirlərinin tətbiq edilməsi haqqında materiallara; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlərə; hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında təqdimatlara və ərizələrə;
- İnzibati xətalara dair bütün kateqoriya işlərə;
- İnzibati mübahisələr üzrə - sosial təminat hüququnun həyata keçirilməsi və vergi mübahisələri kateqoriyasına aid işlərə, eləcə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələlərə. Digər kateqoriya inzibati mübahisələr üzrə isə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin.
Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri, habelə təqsirləndirilən şəxslərin sayı 2 nəfərdən artıq olmayan digər cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları yuxarıda qeyd edilən müddətdə məhkəmələrin icraatına qəbul edilsin.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması mümkün hesab edilən inzibati işlər istisna olmaqla, Azərbaycan Respublikasının Ali Məhkəməsində yuxarıda qeyd edilən müddətdə işlərə baxılması təxirə salınsın.
Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun”.
5. Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Məhkəmələr fiziki və hüquqi şəxslərin ərizələrinin, o cümlədən apellyasiya və kassasiya şikayətlərinin yalnız poçt vasitəsilə və ya elektron şəkildə qəbulunu təmin etsinlər.
6. Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin. Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.
Netanyahu Baydenlə telefonda danışdı - 45 dəqiqəlik müzakirə olub
Türkiyədə daha bir klub rəhbəri istefa verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BMT: "Qəzzaya yardım üçün quru nəqliyyatına alternativ yoxdur"
Ərdoğan Putinə zəng edib: "Vasitəçiliyə hazırıq"
Şərqşünaslıq İnstitutunda seminarda Atatürk dövründə İran-Türkiyə münasibətlərindən bəhs edilib - FOTOLAR
Ramazanın 9-cü günü: imsak və iftar vaxtları
Rumıniyada NATO nəhəng hərbi bazası yerləşdiriləcək
İsrail hərbçiləri jurnalistləri döyüb, daha sonra isə...
Sərhəddə buraxılış məntəqələrinin sayı artırılıb
DSMF-nin sabiq vəzifəli şəxsləri hakim qarşısına çıxarılır
Qarabağ zonasında daha 1394.5 hektar ərazi minalardan təmizlənib
"Qarabağ"ın 8 futbolçusu milli komandaların heyətinə çağırılıb
"ENERGAZER" MMC haqqındakı iddialarla bağlı açıqlama yaydı... - 682 minlik tenderlə bağlı məlumatlar təkzib olunur
NATO Baş katibinə Bakıda hansı cavab verilib?- TƏHLİL
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa ayı 270 min olan villanı kirayəyə götürüb - FOTOLAR
YAP İdarə Heyətinin iclası keçirilib - Açıqlama
Aprelin 14-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Britaniya kralı III Çarlz vəfat edib?
Məclisə qəzet təsis etmək hüququ verilib
Prezident Xankəndidə: İlham Əliyev Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib (FOTOLAR)
İlham Əliyev Azərbaycan xalqını təbrik edib - MƏTN
Müğənni Ruhi Əliyeva Qənirə Paşayevanın yerinə deputat olacaq? - Maraqlı video yayıldı
İordan çayının qərb sahilində daha 10 fələstinli saxlanılıb
İsrail-Livan sərhəd xəttində toqquşma davam edir - Tərəflər bir-birlərinə raket zərbələri endirir
İsrailin Qəzzadakı savaşının 164-cü günü: ölənlərin sayı artıb
Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
Əvəz Zeynallı apellyasiya şikayəti verib
NATO-nun Baş katibi Bakıdan belə yola salındı - FOTOLAR
Böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri açıqlanıb - Kimlər qalib oldu? (SİYAHI)
Sabahın hava proqnozu açıqlanıb
Dövlət İmtahan Mərkəzinin adından saxta səhifə və qruplar yaradılıb
Avstriyada “Bir olaq, həmrəy olaq” adlı tədbir keçirilib - FOTOLAR
HADI və BIDININ nağılı
"Neftçi" "Spartak"la Bakıda yoldaşlıq oyunu keçirəcək
YAP Gənclər təşkilatının keçmiş sədr müavini şikayət verib
Dövlət Xidmətində yeni təyinat olub
Meyxanaçı Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib
Hikmət Hacıyev Çinə gedib - Prezidentin köməkçisi Pekində Pakistan səfiri ilə görüşüb (FOTO)