Şəkidə koronavirus xəstəsi evi özbaşına tərk edib - FOTO

img

27-11-2020 [15:58]


Şəkidə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, rayon sakini Davud Hüseynovun COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən tədbirlərlə D.Hüseynovun “Niva” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olduğu məlum olub. Onun olduğu ünvan müəyyən edilib və polis əməkdaşlarının da müşayiəti ilə evinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan D.Hüseynov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq