Ermənistan prezidenti açıq oyuna başlayıb: "O, mövcud vəziyyətdən “quru” çıxmaq və..."

img

27-11-2020 [11:43]


Ermənistan prezidenti Armen Sarkisyan susqunluğu pozaraq fəal oyuna başlayıb.

“İrates” qəzeti bu barədə məqalə dərc edib.

“Armen Sarkisyan 2,5 il sükut etdi. Baş nazir kreslosunu zəbt etmiş, psixoloji cəhətdən anormal şəxsin min bir antikonstitusiya addımlarına dözüm göstərərək gözlərini yumdu.

Butafor (teatr səhnəsini quraşdıran – Red) prezident Armen Sarkisyan cəmiyyətin ovqatını araşdıraraq hökumətin və baş nazirin istefasını tələb etdi. Deyirlər ki, prezident mövcud vəziyyətdən “quru” çıxmaq, eyni zamanda parlament seçkilərində iştirak edib, qalib gəlmək üçün parlamentə öz komandasını göndərmək istəyir.

Nəhayət, Ermənistanda Britaniyanın müəyyən dairələrinin açıq istəklərini dəstəkləyəcək, parlamentdə prezident Sarkisyanın maraqlarını təmsil edəcək öz adamlarından ibarət komandanı formalaşdırıb”, - qəzet yazıb.

Qeyd edək ki, Armen Sarkisyan prezident olmazdan əvvəl Ermənistanın Britaniyada səfiri olub. Onun prezidentliyə namizədliyini keçmiş prezident Serj Sarqsyan irəli sürüb. A.Sarkisyan həm də iş adamı kimi tanınır.

Xatırladaq ki, noyabrın 16-da Armen Sarkisyan baş nazir Nikol Paşinyanı istefa verməyə çağırmışdı./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA