Ermənistanda Rusiya hərbçisinin meyiti tapılıb

img

26-11-2020 [21:37]


Ermənistanda müqavilə ilə xidmət edən Rusiya hərbçisinin meyiti hərbi hissədən kənarda tapılıb.

Məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, Rusiya Cənub Hərbi Dairənin hərbi bazasının komandanlıq komissiyası Ermənistandakı hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə ilə xidmət edən hərbi qulluqçunun ölümü ilə bağlı araşdırma aparır. “Hərbçinin cəsədi həmkarı tərəfindən hərbi hissə ərazisindən kənarda, yaşayış yerində aşkarlanıb. Əsgərin cəsədində zorakılıq əlamətləri tapılmayıb”.

Hazırda hadisənin başvermə şəraiti müəyyənləşdirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA