Beyləqanda yaşadığı evi qanunsuz tərk edən COVID-19 xəstəsi saxlanılıb 

img

26-11-2020 [10:13]


Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 testi müsbət çıxmış rayon sakini M.Abışov ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Xüsusi karantin rejimin tələblərini pozaraq qanunazidd davranan həmin şəxs rayonun Dünyamalılar kəndi ərazisində aşkar edilərək yaşadığı ünvana geri qaytarılıb.

Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:28 22.01.2021

Zidan koronavirusa yoluxub