Çavuşoğlu: "Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir"

img

24-11-2020 [13:19]


Bu ilin ilk doqquz ayında Rusiya ilə Türkiyə arasındakı ikitərəfli ticarət dövriyyəsi 14 mlrd. ABŞ dollar təşkil edib.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Pandemiyaya baxmayaraq, bu ilin ilk 9 ayında Rusiya Federasiyası ilə ikitərəfli ticarət dövriyyəsinin həcmi 14 mlrd. dollar təşkil edib, qəbul etdiyimiz rusiyalı turistlərin sayı isə oktyabrda 1,9 milyona çatıb. Bu, ikitərəfli münasibətlərin səviyyəsinin göstəricisidir", - deyə M. Çavuşoğlu qeyd edib.

Nazirin sözlərinə görə, Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir: "8 yanvarda açdığımız "Türk axını" qaz kəməri və 2023-cü ildə istismara verməyi hədəflədiyimiz "Akkuyu" nüvə elektrik stansiyası kimi layihələr ikitərəfli əlaqələrin əsas brendləridir"/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA