Ramin Bayramlıdan daha bir Baş həkim - Təyinatı

img

24-11-2020 [11:29]


TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Qasımov Ramin Əjdər oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib.

TƏBİB-dən Mia.az-a bildirilib ki, Ramin Əjdər oğlu Qasımov Azərbaycan Tibb Universitetində Ümumi cərrahiyyə üzrə internaturanı bitirdikdən sonra Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərib. Eyni zamanda Türkiyə Cümhuriyyəti Ankara Yüksək İxtisas Klinikasında təkmilləşmə və ixtisasartırma kursları keçib, qastroenteroloji mövzulara həsr olunmuş 50-yə yaxın seminar və təlimlərdə yaxından iştirak edib.

R.Qasımov 2012-ci ildə elmi tədqiqat işini müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA