BQXK Qarabağdakı əməkdaşlarının sayını 4 dəfə artıracaq - Açıqlama

img

24-11-2020 [09:37]


Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer BQXK-nın Dağlıq Qarabağda əməkdaşlarının sayında 4 dəfə artım olacağını açıqlayıb.

O, bu barədə RBK-ya müsahibəsində bildirib.

“Münaqişə böyüdükcə daha çox iş görməli olduğumuzu anladıq. Müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı idisə, gələn il bu məbləğ 45 milyon olacaq. Yəni mövcudluğumuzu dörd dəfə artıracağıq. Orada çox az adamımız var idi. İndi isə bölgəyə əlavə 400-500 nəfər göndərməyi planlaşdırırıq. Son günlərdə varlığımızı artırmışıq”, - o, deyib.

P.Maurer əlavə edib ki, BQXK-nın Yerevanda, Bakıda, Bərdədə ofisləri var, həmçinin komitə nümayəndələri Xankəndinə qayıdır, daha bir-iki ofis açmaq planlaşdırılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA