BQXK: "Münaqişə nəticəsində saxlanılan şəxslərə başçəkmə həyata keçirilir”

img

23-11-2020 [12:26]


"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə tərəfləri ilə daim əlaqədədir və dialoq aparır”.

Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova deyib.

“Qurumun mandatına uyğun olaraq, münaqişə nəticəsində saxlanılan şəxslərə başçəkmə həyata keçirilir”, - deyə o, əlavə edib.

Xatırladaq ki, əsir götürülən iki azərbaycanlı əsgərin ( Amin Musayev və Bayram Kərimov) döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA