Ermənilər Füzulinin Kürdlər kəndində qəbiristanlığı dağıdıb, yerində taxıl əkiblər - VİDEO

img

22-11-2020 [14:45]


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndində olublar.

Məlumata görə, diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə dağıdılmış kənd qəbiristanlığı göstərilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildiriblər ki, 27 il ərzində işğal altında olmuş kəndin qəbiristanlığı buldozerlə dağıdılıb, yerində buğda, arpa əkilib.

H. Hacıyev bildirib ki, bu, yenə də Ermənistanın vandalizminin bir əlamətidir.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA