Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

img

20-11-2020 [00:06]


Qoç - yaşam arealınızı daha da rahat edin. Yenilik və innovasiyalara marağınız artır. İmicinizlə eksperimentlər edə bilərsiniz.

Buğa - bir zamanlar xətrinə dəydiyiniz insanlarla barışın. Onlar sizə can atırlar. Yardıma ehtiyac duyan insana dəstək olun. Bəzi insanlara real kömək edə bilərsiniz. Gün sizi usandıra, yora bilər.

Əkizlər - hər şeyə rəğmən axşam saatlarınadək xoş əhvalınızı qoruyun. Günün ikinci yarısında qarşınızda yeni perspektivlər açılır.

Xərçəng - əla nəticələrə nail olmaq, cəsarətli eksperimenti realaşdırmaq şansları yaranır. Yaxınlarınızla ünsiyyətdə səmimi olun.

Şir - interyerdə kiçik, amma xoşagələn yeniliklər etmək olar. Ciddi, əsaslı təmirə də başlamaq olar.

Qız - yaxınlarınızı unutmayın. Onlar sizdən pozitiv enerji gözləyirlər. Yaşam arealında rekonstruksiya və dəyişikliklər üçün əlverişli zamandır.

Tərəzi - gün yaxşı əhval vəd edir. Problemlər, təlaş və əndişələr azalır. Özünüzü əmin hiss edin, gələcəyə nikbinliklə baxın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə qarşılıqlı anlaşma və harmoniyaya nail olmağa çalışın.

Əqrəb - başlayacağınız işdə aktiv olun. Yardımçılarınız olacaq, sizi tək qoymayacaqlar. Alış-veriş etmək olar. Mobil qacetlər, nəqliyyat vasitəsi, məişət texnikası almaq üçün əlverişli zamandır.

Oxatan - asudə, xoşagələn, maraqlı gündür. Yaşanacaq hadisələr əhvalınızı yaxşılaşdırmaqla yanaşı, yeni ruh verəcək. Bütün bunlar qarşınızda yeni imkanlar və perspektivlər açır.

Oğlaq - enerjili, özünüzə əmin olun. Qətiyyətli hərəkətlər edin, qərarlar qəbul edin. Dövlət qurumları, xüsusilə də hüquq-mühafizə orqanlarının əməkdaşları ilə təmaslar üçün əlverişli vaxt deyil.

Dolça - maraqlı, qeyri-adi gündür. Həyatınızda köklü, əhəmiyyətli dəyişikliklər etmək, çoxdan bəri can atdığınız məqsədə çatmaq imkanları var. Sizə mane ola biləcək yeganə ünsür həddən artıq ətalətli və süst davranışdır.

Balıqlar - dostlar, köhnə tanışlar, uzaq qohumlardan biri ilə planlaşdırılmamış görüş mümkündür. Bütün bunlar sizi sevindirəcək, əhvalınızı yaxşılaşdıracaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA