Bu gün Şamaxı rayonuna qar yağıb - FOTOLAR

img

19-11-2020 [18:49]


Bu gün Şamaxı rayonuna qar yağıb.

Məlumata görə, rayon mərkəzinə 3-5 sm, dağlıq ərazilərə isə 10-15 sm hündüryündə qar düşüb.

Ən çox qar rayonun Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, Sis və Dəmirçi kəndlərinə düşüb. Kənd sakinlərinin sözlərinə görə, qar əkin sahəsinə müsbət təsir edəcək. Yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvercilərin kütləvi qırılmasına səbəb olacaq. 

Səhər saatlarından Şamaxı-Pirqulu avtomobil yolunda qarın təmizlənməsi işlərinə start verilib. Texinikalar vasitəsi ilə yol təmizlənib. Yola qum-duz qarışığı tökülüb.

Hazırda magistral və kənd yollarında hərəkət normaldır.

Şamaxı ərzisində gecə saatlarında şaxta və dumanlı hava olacaq, yollar buz bağlayacaq, bu səbəbdən yola çıxan sürücülərin ehtiyatlı olmaları tövsiyə olunur/APA.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA