Avropa İttifaqı Qarabağ və onun ətrafında zərərçəkənlərə 3 milyon avro yardım ayırıb

img

19-11-2020 [16:10]


Avropa İttifaqı Komissiya Dağlıq Qarabağ və onun ətrafındakı münaqişənin təsirinə ən çox məruz qalmış mülki şəxslərə həlledici yardımın göstərilməsi üçün humanitar dəstək məqsədilə əlavə 3 milyon avro ayırdığını elan edib.

Bu maliyyə vəsaiti döyüş əməliyyatlarının başladığı oktyabr ayının əvvəlindən bəri ayrılan 900.000 avroya əlavə edilir.

Məlumata görə, Aİ-nin Böhran İdarəçiliyi üzrə Komissar Janez Lenarčič bildirib ki, qurum münaqişənin təsirinə məruz qalmış bütün mülki əhalini dəstəkləməyə davam edir: “Biz əlavə humanitar yardım göndəririk. Döyüş əməliyyatlarının dayandırılmasını alqışlayıram, beləliklə insanların daha çox əziyyət çəkməsinə yol verilməyəcəkdir. Buna baxmayaraq, məcburi köçkün olan və koronavirus pandemiyasının təsiri ilə birlikdə sərt qış şəraiti ilə üzləşəcək həssas əhali qruplarının humanitar vəziyyətindən mən son dərəcə narahatam”. 

Bu fövqəladə yardım Aİ-nin humanitar tərəfdaşlarına döyüşlərin təsirinə məruz qalmış tərəflərə ərzaq, qış əşyaları, tibbi-sanitar təminatı, tibbi avadanlıq daxil olmaqla əsas yardımın göstərilməsində və digər əsas təminat əşyalarını çatdırılmasında kömək edəcək. Aİ-nın hər bir humanitar yardımı insanlıq, bitərəflik, qərəzsizlik və müstəqillik humanitar prinsiplərinə uyğun olaraq təmin edilir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR