Rəsmi Moskvadan Qarabağla bağlı daha bir açıqlama: "İranın XİN başçısı Moskvaya gələcək"

img

19-11-2020 [13:39]


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif noyabrın 23-də Rusiyaya işgüzar səfərə gələcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, Rusiya XİN başçısı Sergey Lavrovun iranlı həmkarı ilə görüşünün keçiriləcəyini qeyd edib: “Nazirlər Dağlıq Qarabağ münaqişəsini, Suriya böhranını, İranın nüvə problemi ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafındakı vəziyyəti müzakirə edəcəklər”.

Rusiya XİN rəsmisi nazirlərin görüşündə iki ölkə arasında münasibətlərə dair mövzuların də ələ alınacağını vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA