Ermənistanın Füzuli rayonu ərazisinə atdığı ağ fosforlu mərmi zərərsizləşdirildi - Açıqlama + FOTO

img

18-11-2020 [15:02]


İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Füzuli rayonu ərazisinə atdığı ağ fosforlu mərmi zərərsizləşdirilib.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə qeyd edib.

O faktı təsdiqləyən videonu da statusuna əlavə edərək, bildirib ki, Füzuli rayonunda beynəlxalq KİV-in kameraları qarşısında Ermənistanın atdığı ağ fosfor mərmisi zərərsizləşdirilib: "Ağ fosforun istifadəsi qadağandır”.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA