Rusiyadan Türkiyənin hərbçilərini Azərbaycana göndərməsinə reaksiya: "Bu, Ankaranın suveren qərarıdır"

img

18-11-2020 [14:59]


Türkiyənin öz hərbçilərini Azərbaycana göndərməsi Ankaranın suveren qərarıdır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Türkiyə parlamentinin qoşunların Azərbaycana göndərilməsi haqqında qərarı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan Qarabağla bağlı üçtərəfli bəyanata təsir edir?” sualına rusiyalı diplomat belə cavab verib: “Xeyr. Bu onun suveren qərarıdır, hansı ki, görünür, türkiyəli hərbçilərin sülhməramlı mərkəzdə rusiyalı hərbçilərlə birgə iştirakı ilə bağlıdır. Rusiya və Türkiyə hərbçiləri birlikdə razılaşmanın həyata keçirilməsi ilə bağlı vəziyyətin texniki müşahidəsi ilə məşğul olacaqlar”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA