Dağlıq rayonlarda qar yağıb

img

18-11-2020 [14:24]


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən məlumata əsasən, noyabrın 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb.

Düşən yağışın miqdarı Xaçmazda 18, Şabranda 8, Neftçalada 6, Şəki, Quba, Tərtər, Kişçayda (Şəki) 5, Lənkəran, Oğuzda 4, Ceyrançöl, Tovuz, Qusarda 3, Şəmkir, Balakən, Zaqatala, Xaltan, Bərdə, Mingəçevir, Sarıbaşda (Qax) 2, Göygöl, Naftalan, Gəncə, Mərəzə, Ağstafa, Qrız, Kürdəmir, Sabirabad, Astarada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 10, Maştağa, Binədə 4, Bakıda 2, Çilov adası, Neft Daşlarında 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Qrız, Sarıbaş, Xınalıqda 1 sm olub.

Şimal küləyi arabir Salyanda 18 m/s-dək güclənib.

Havanın temperaturu noyabrın 17-də Bakıda iqlim normasından 1.5 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 9-13, aran rayonlarında 11-17, dağlıq rayonlarda 6-8, Naxçıvan MR-da 12-17 dərəcə isti olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA