VƏZİFƏLİ ŞƏXSLƏR RÜŞVƏT ALARKƏN TUTULDULAR - Prokurorluq təfərrüatı yaydı
18-11-2020 [14:40]
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərkən xəsarət almış şəxslərin sosial və hüquqi müdafiəsinin təmin edilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün ölkə rəhbərliyi tərəfindən həyata keçirilməkdə olan ardıcıl və kompleks islahatlara baxmayaraq, öz şəxsi maraqları naminə vətəndaşların hüquqlarını pozan, xidməti vəzifələrindən sui-istifadə etməklə onlara süni maneələr yaradan vəzifəli şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə prokurorluq orqanları tərəfindən həyata keçirilən qətiyyətli tədbirlər davam etdirilməkdədir.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, bu cür tədbirlərdən biri kimi Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru Dəmirov Fərhad Ağamurad oğlunun sığorta ödənişinin verilməsi üçün Xaçmaz rayon sakini Məlikov Asif Məcid oğlundan 1.200 manat məbləğində pul vəsaitini istəməsi barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb:
"Bununla bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı Fərhad Dəmirov 17 noyabr 2020-ci il tarixdə 1.200 manat məbləğində pul vəsaitini filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışmaqla sürücüsü olan Qeybullayev Şəhriyar Mehman oğlu vasitəsilə alan zaman onunla birlikdə cinayət başında yaxalanmış, xidməti otağına baxış zamanı oradan müxtəlif sənədlər və 8 ədəd bank kartı aşkar olunaraq götürülmüşdür.
Aparılmış araşdırmalarla, 19 aprel 1994-cü ildə Ağdam rayonu Güllücə kəndi ətrafında gedən döyüş zamanı yaralanmış, 17 sentyabr 2003-cü il tarixdə ehtiyata buraxılmış və 25 oktyabr 2013-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma alması barədə rəy verilmiş Asif Məlikova 6 min 600 manat məbləğində icbari sığortanın ödənilməsi haqqında Nəsimi rayon məhkəməsinin müvafiq qərarının icra edilməsi müqabilində Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru Fərhad Dəmirovun 2020-ci ilin noyabr ayının əvvəllərində Asif Məlikovdan 1.200 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməklə, 17 noyabr 2020-ci il tarixdə filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışan Şəhriyar Qeybullayev vasitəsilə Asif Məlikovdan həmin pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Toplanmış material üzrə 17 noyabr 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.
Fərhad Dəmirov və Şəhriyar Qeybullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir.
Öz fəaliyyətlərində yol verdikləri qanunsuzluqlarla dövlət orqanlarının nüfuzuna xələl gətirən, onların uğurlu fəaliyyətinə kölgə salan vəzifəli şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində müvafiq tədbirlər davam etdirilir".
ƏLİ KƏRİMLİ BELƏ SAXLANILIB - Video
Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib
Mahir Səfərli yeni vəzifəyə təyin edildi
Tələbə "Anamla bələdiyyə sədri gizli sevgilidir" dedi, məhkəməlik oldu - Türkiyədə + FOTOLAR
Fermerlərə subsidiya ödənişləri başlayır - Açıqlama
Milli Şura necə və niyə yaranıb? - İttiham aktı
RAMİZ MEHDİYEVİN EVİNDƏN 17 MİLYON NAĞD PUL ÇIXDI - VİDEO
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov.. - DTX həbsin şok detalları və gizli səs yazılarını yaydı (VİDEO)
Leyla Əliyeva bu görüntüləri paylaşdı - VİDEO
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Arda Gülər "Real"da sıxşdırılır - "Orada bir qrup var ki...."
Sabah hava necə olacaq? - Proqnoz
"Fənərbağça"ya rəqib klubda ara qarışdı - 3-cü Baş məşqçi də qovuldu
"Elm və Təhsil Fondu"nun qrant müsabiqəsinin qalibləri - SİYAHI
Martda daha bir gün rəsmi iş olmayacaq - DƏYİŞİKLİK
Fəlsəfə doktoru imtahanı keçiriləcək
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
“Gemini” süni intellekt modeli Azərbaycan dilində istifadəyə verilib
Keçmiş başçısının ölkədən çıxışına qadağa ləğv olunub
Nazir "Qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi
Bakıda ictimai yerdə əxlaqsız videolar çəkən şəxs həbs edilib
Dövlət İmtahan Mərkəzi məlumat yayıb
Bakıda atletlərin ölkə birinciliyi keçriiləcək
"Temu" "endirim kartları"nı blokladı
Bakıda ər-arvad dəm qazından zəhərlənib
Rusiya Kiyev və bölgələrə zərbələr endirir - Açıqlamalar
Miflər və Arxivlər: Qərbin qadın hekayəsi
Azərbaycan nefti daha bir dollar qalxdı - 72 dollardan satılır
Zelenski: "Yalnız Tramp Putini güzəştə məcbur edə bilər"
Qurban Qurbanov ağdamlılarla qohum olub - Özəl xəbər + FOTOLAR
Sabiq bələdiyyə sədri deputata yumruq atan oğlunun fotosunu kollaj etdi: "Sən bir nazirə hücuma cəhd edərsənsə.." - FOTO
Yusuf Şimşek Baş məşqçi oldu
Makrondan Avropaya xəbərdarlıq: "Çin avtoritar rejimdir, səhv etməyin, bu, onların ortaq seçimidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Lavrov: "Bu, özlüyündə yaxşı bir şeydir"
Gəncədə qadın öz övladını xəstəxanada atıb gedib
Hərbçi dəm qazından zəhərlənərək ölüb