Gürcüstanın azərbaycandilli məktəbi koronavirusa görə bağlanıb

img

17-11-2020 [15:57]


Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kəndinin azərbaycandilli ictimai məktəbində koronavirus aşkarlanıb.

Mia.az Report-a istinadla xəbər verir ki, məktəbin bir neçə müəlliminin COVID-19-a yoluxduğu təsdiqlənib.

Bu səbəbdən siniflərdə dərslər dayandırılıb və təhsil müəssisəsi distant rejimə keçib.

Məktəbdə dezinfeksiya işləri aparılacaq.

Saqarecoda mövcud 26 ictimai məktəbin 16-da tədris prosesi adi, 10 məktəbdə isə artıq bir neçə həftədir distant formada davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA