Yanvar-oktyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 29,289 mln ton neft nəql edilib

img

17-11-2020 [14:17]


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 29,289 mln ton neft nəql edilib.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, nəqletmənin 79,%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin on ayında neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 9,% az olub.

Bu ilin yanvar-oktyabr ayları ərzində BTC vasitəsilə 23,24 mln ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 1% azdır.

Dövr ərzində BTC kəməri ilə 3,324 mln ton tranzit nefti də nəql edilib ki, bu da 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 12,4 % azdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA