MHP sədri: "Azərbaycanın sonadək arxasındayıq"

img

17-11-2020 [12:36]


“Azərbaycanla bağlı Türkiyə Böyük Millət Məclisinə təqdim edilən qanun layihəsinə, şübhəsiz ki, tam dəstək verəcəyik”.

Bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib.

“28 il öncə işğal edilən ərazilərin 70 %-ni 44 gündə işğaldan azad edən dost və qardaş Azərbaycanın sonunadək arxasında olacağımızı söyləmək istəyirəm. Diləyimiz Dağlıq Qarabağın tamamının təmizlənməsi, təcavüzkar Ermənistanın vətən torpaqlarının hər qarışından çıxarılmasıdır”, - o, qeyd edib/Report.

Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb. Layihə bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunacaq.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA