"OPEC+" ölkələri oktyabrda öhdəliklərini 101% yerinə yetirib

img

17-11-2020 [10:13]


"OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələri neft hasilatının azaldılması üzrə öhdəliklərini oktyabrda 101% yerinə yetirib və bununla da, gündəlik 7,8 mln. barel neftin bazardan çıxarılmasına müvəffəq olub.

Bu barədə "OPEC+" texniki komitəsinin təqdimatında deyilir.

Məlumata əsasən, sentyabrda "OPEC+" ölkələri razılaşma çərçivəsində öhdəliklərini 102% yerinə yetirmişdi.

Təqdimatda qeyd edilir ki, oktyabr ayında 10 OPEC ölkəsi razılaşma çərçivəsində öhdəliklərinin 105%, qeyri-OPEC ölkələri isə 96% yerinə yetirib.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri  nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək  uzadılması barədə qərar qəbul olunub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA