Saatlı sakininə üz nahiyəsi, arteriya damarı və bədəninin müxtəlif yerlərinə çoxsaylı bıçaq zərbələri yetirilib

img

16-11-2020 [20:22]


Saatlı sakini çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.

Hadisə axşam saatlarında Saatlı rayon mərkəzində baş verib.

Saatlı şəhər sakini, 1999-cu il təvəllüdlü Abasov Böyükxan Yaşar oğlu tanışı ilə aralarında yaranan mübahisə zəminində bıçaqlanıb. B.Abasov üz nahiyəsindən, arteriya damarından və bədəninin müxtəlif yerlərindən çoxsaylı kəsilmiş-deşilmiş yaralarla Şirvan xəstəxanasına yerləşdirilib. Çoxlu qan itirən yaralının vəziyyəti ağır olduğundan respublika eksperimental xəstəxanasına aparılıb.

Onun kim tərəfindən bıçaqlanması və hadisənin təfərrüatları aydınlaşdırılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR