Hüquqlarınız haqqında necə öyrənə bilərsiniz?

img

16-11-2020 [18:14]


Hüquqlar və qanunlar haqda nə qədər məlumatlısınız?

Əmək, ailə, sosial müdafiə, vərəsəlik   və  gündəlik  həyatımızın ayrılmaz hissəsi olan digər qanunvericiliklərdən xəbərdarıqmı? Heç bunu yoxladınızmı və ya qanunları öyrənməyə cəhd etdinizmi?

“Qanunlar yorucudur, buna girişməyə dəyməz” – deyib keçməyin.  

Bəlkə bunu daha asan və əyləncəli şəkildə öyrənə bilərik?

Hüquqi məlumatlılığınızı asan və əyləncəli şəkildə artırmaq istəyirsinizsə http:// www.menimhuquqlarim.az  və   http://www.huquqoyren.az  online resursları sizə bu işdə yardımçı ola bilər.

Həssas və aztəminatlı əhali qrupuna hədəflənmiş bu resurslara vacib məlumatlar daxildir.

Xatırladaq ki, qeyd edilən veb-resurslar Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Demokratiyanı Öyrənmə” İctimai Birliyi təərfindən həyata keçirilən “Yeni texnologiyalar vasitəslə hüquqi məlumatlılığın artırılması” layihəsi çərçivəsində hazırlanmışdır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA