Bolqarıstan Azərbaycandan qaz alır

img

16-11-2020 [16:56]


Gələn ilin əvvəlindən Bolqarıstan Azərbaycan qazını qəbul etməyə başlayacaq.

Məlumata görə, bu barədə Bolqarıstanın Baş naziri Boyko Borisov Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) tikinti sahəsinə keçirdiyi baxış zamanı bildirib.

Onun sözlərinə görə, Bolqarıstan Azərbaycan qazının qəbuluna 2021-ci ilin yanvarın 1-dən başlayacaq: "Bir aydan sonra tam şaxələndirmə və Azərbaycan qazının ölkəyə gətirilməsi xəyalı reallaşacaq".

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. "Sahdəniz" qazının Avropaya nəqli Cənub Qaz Dəhlizi ilə mümkün olacaq (Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə). Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə başlanacaq.

Xatırladaq ki, Bolqarıstan Azərbaycan qazını Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) vasitəsi ilə alacaq. IGB-nin inşasının 2020-ci ilin ikinci yarısında yekunlaşması nəzərdə tutulur/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA