Putin yeni prezidenti belə təbrik etdi: "Bu, şübhəsiz ki, Rusiya və Moldova xalqlarının köklü maraqlarına cavab verər”

img

16-11-2020 [14:37]


Rusiya prezidenti Vladimir Putin Moldovada keçirilən prezident seçkilərində qalib gələn Maya Sandunu təbrik edib.

Məlumata görə, V. Putin M. Sanduya göndərdiyi təbrik teleqramında ona uğurlar və sağlamlıq arzulayıb.

“Ümid edirəm ki, Sizin dövlət başçısı kimi fəaliyyətiniz ölkələrimiz arasındakı münasibətlərin konstruktiv inkişafına yardım edəcək. Bu, şübhəsiz ki, Rusiya və Moldova xalqlarının köklü maraqlarına cavab verər”, - deyə təbrik teleqramında qeyd olunub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA