ABŞ İrana qarşı sanksiyaları sərtləşdirəcək

img

15-11-2020 [20:54]


Amerika Birləşmiş Ştatları gələn həftə İrana qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo adından yayılan yazılı açıqlamada qeyd olunub.

Bildirilib ki, bir il əvvəl İran şəhərlərindəki nümayişlərdən sonra, rəsmi Tehran həyata keçirdiyi repressiyaların izlərini senzura, hədə-qorxu yolu ilə gizlətməyə çalışıb və internetə tam məhdudiyyət qoyub.

Amerika diplomatiyasının rəhbəri hesab edir ki, İran tərəfi həmin həftə ərzində törədilən cinayətlərlə bağlı müstəqil istintaq aparmaqdan hələ də imtina edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA