Pentaqondan diqqətçəkən çağırış: "Biz daim müharibə edən bir xalq deyilik"

img

15-11-2020 [18:00]


Pentaqon rəhbərinin səlahiyyətlərini icra edən Kristofer Miller ABŞ-ın iştirakı olan bütün müharibələrə son qoymağın lazım olduğunu bildirib.

“The Hill” qəzeti bu barədə departamentin işçilərinə göndərilən memorandumun mətninə istinadən xəbər yayıb.

“Biz daim müharibə edən bir xalq deyilik, bu, tərəfdar olduğumuz hər şeyə və atalarımızın uğrunda mübarizə apardıqlarına ziddir. Bütün müharibələr sona çatmalıdır”, - Miller deyib.

O qeyd edib ki, ABŞ Əfqanıstandakı müharibəni bitirməyə sadiq qalır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA