Türkiyədə Rusiyalı nümayəndə heyəti ilə görüş başa çatdı - Qarabağla bağlı görüləcək işlərin detalları müzakirə edilib

img

14-11-2020 [15:01]


Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı iki ölkənin nümayəndələri arasında Ankarada keçirilən danışıqlar başa çatıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıqların yaxın günlərdə davam etdirilməsi planlaşdırılır.

"Dünən Rusiyadan 20 nəfərlik nümayəndə heyəti Ankaraya gəlib. Rusiyalı nümayəndə heyəti öncə Türkiyənin Xarici İşlər Nazirliyinin, sonra isə Milli Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndələri ilə görüşüb. Türkiyə və Rusiyanın yüksək hərbi vəzifəlilərindən ibarət nümayəndə heyəti arasında keçirilən görüşdə Dağlıq Qarabağda atəşkəsdən sonra görüləcək işlər və Suriyadakı, xüsusilə İdlibdəki vəziyyət müzakirə mövzusu olub. Bu gün davam etdirilən texniki danışıqlar zamanı atəşkəsdən sonra bölgədə görüləcək işlərin detalları müzakirə edilib", nazirlikdən bildirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA