Gürcüstanda Qarabağ şəhidinin ailəsi ziyarət olunub - FOTO

img

13-11-2020 [16:37]


Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov və səfirliyin digər əməkdaşları Bolnisi rayonunun Zol-Güvəc kəndindən olan Qarabağ şəhidi Elşən Məmmədovun ailəsinə baş çəkiblər.

Məlumata görə, onlar Azərbaycanın əldə etdiyi tarixi qələbə münasibətilə şəhidin ailə üzvlərini təbrik ediblər.

Səfir şəhidin atası Vaqif Məmmədovla söhbət zamanı bildirib ki, E.Məmmədov kimi bütün şəhidlərimizin qanı yerdə qalmadı və artıq onların ruhu şaddır.

F.Quliyev Azərbaycan dövlətinin şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərdiyini qeyd edib. O, ailənin qayğıları ilə də maraqlanıb.

V.Məmmədov ziyarətə görə və daima diqqətdə saxlanıldığına görə Azərbaycan səfirinə təşəkkür edib.

Daha sonra E.Məmmədovun məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, E.Məmmədov 2015-ci ilin sentyabrın 25-də şəhid olub. Qarabağ şəhidi ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı və 2017-ci ilin mayında Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif olunub. Şəhidin Zol-Güvəc kəndindəki ata evində xatirə guşəsi yaradılıb/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA