Azərbaycan iqtisadiyyatı 3,8% kiçilib

img

13-11-2020 [13:55]


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 58 469,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,3%, qeyri-neft-qaz sektorunda isə 2,3% azalıb.

ÜDM istehsalının 34,2%-i sənaye, 11,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i tikinti, 2%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 19,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9%-ini təşkil edib.

Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 11,3% azalaraq 5 862 manat olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA