"Ermənilər evlərə od vurub tərk edirlər" - BBC-nin müxbiri gördüyünü yazdı

img

13-11-2020 [10:07]


“Bu günü Dağlıq Qarabağın Dadivank kəndindən (Xudavəng, Kəlbəcər rayonu – red) keçirdik. Bölgə iki gün ərzində Azərbaycana təhvil verilməlidir. Bir çox yerli sakin evlərini boşaldıb gedirdi. Bəziləri isə azərbaycanlıların əlinə keçməməsi üçün evlərinə od vurublar”.

Bunu BBC-nin müxbiri Vill Vernon tvitterdə yazıb.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalayıblar. Həmin bəyanatın 6-cı bəndinə əsasən, Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycanın nəzarəti altına qaytarılmalıdır/Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA