Ermənistan Müdafiə Nazirliyinin sözçüsü istefa verdi

img

12-11-2020 [20:34]


Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan noyabrın 9-da vəzifəsindən istefa verdiyini açıqlayıb.

O, bu barədə feysbuk səhifəsində məlumat verib.

Mövcud vəziyyətə görə təəssüfləndiyini qeyd edən sabiq sözçü ölkə ictimaiyyətinə açıqladığı bütün xəbərlərin Ermənistan silahlı qüvvələrinin baş qərargahı və “müdafiə ordusu” tərəfindən təqdim edilən məlumatlara əsaslandığını diqqətə çatdırıb.

A.Ovannisyan bundan sonra Ermənistan ordusu naminə elmi fəaliyyətlə məşğul olacağını da bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA