Cəbrayıl və Qubadlı rayon polis şöbələri şəhər mərkəzinə köçürülüb

img

12-11-2020 [14:58]


"Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir".

Bunu Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilmiş Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, artıq Cəbrayıl və Qubadlı rayon polis şöbələri işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı şəhərinin mərkəzinə yerləşdirilib: “Həmin rayonların polis şöbələrinin rəisləri isə hərbi komendantlar təyin edilib”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA