Ermənistanda etiraz aksiyası: müxalifətin 10 lideri saxlanılıb

img

12-11-2020 [13:00]


Ermənistanın paytaxtı İrəvan şəhərinin Azadlıq meydanında keçirlən etiraz aksiyasından sonra müxalifətin 10 lideri saxlanılıb.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə Xüsusi İstintaq İdarəsi məlumat yayıb.

Saxlanılan şəxslər qanunla müəyyən edilmiş qaydaları pozaraq aksiyalar təşkil etməkdə təqsirli bilinirlər.

Saxlanılanlar arasında Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan, “Milli Təhlükəsizlik” partiyasının sədri Garnik İsaqulyan, politoloq Suren Surenyan, “Daşnaktsutyun” Erməni İnqilab Federasiyasının nümayəndələri Geqham Manukyan və İşxan Saqhatelyan, parlamentin sabiq vitse-spikerləri Ara Sahakyan və Eduard Şarmazanov ("Respublika" Partiyasının idarə heyətinin üzvü), "Birləşmiş Ermənistan" partiyasının qurucusu Artur Kazinyan və müxalifətçi David Hambardzumyan var.

G.İsaqulyan, S. Surenyan, A. Vanetsyan, A. Kazinyan və İ. Saqhatelyan hərbi vəziyyət dövründə tətbiq olunan komendant saatını pozmaqda şübhəli bilinir. Onlar beş il müddətinə azadlıqdan məhrum edilə bilərlər/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA