Artur Vanetsyan, Qagik Tsarukyan, Eduard Şarmazanov və Ara Saakyan saxlanılıb

img

12-11-2020 [09:29]


Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Rodina” partiyasının lideri Artur Vanetsyan, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan, mətbuat katibi Eduard Şarmazanov və keçmiş vitse-spiker Ara Saakyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

“news.am” xəbər verir ki, Q.Tsarukyan Ermənistan baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinq başlamazdan əvvəl, E.Şarmazanov və A.Vanetsyan isə mitinqdən sonra saxlanılıb.

Qeyd edək ki, A.Vanetsyan Cinayət Məcəlləsinin 225.1 və 307.1 maddələrinə uyğun olaraq, cinayət törətməkdə şübhəli bilinir.

Xatırladaq ki, ermənistan polisi tərəfindən mitinqdə iştirak edənlərdən 129 etirazçı saxlanılaraq polis bölməsinə gətirilib.

Onlardan 41-nin sərbəst buraxıldığı bildirilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA