Ermənistanda gərginlik artır: Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb

img

11-11-2020 [15:24]


Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Bu barədə tert.am öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu gün sabiq prezidentə Milli Təhlükəsizlik Xidmətinə gəlməsi barədə bildiriş göndərilib.

Qeyd edək ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan artıq Milli Təhlükəsizlik Xidmətinə aparılıb.

Xatırladaq ki, bu gün paytaxt İrəvan şəhərinin Azadlıq meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA